“Twitter” Trampın açıqlamalarını paylaşan hesabı da bağladı

Dünya
15:58 / 07.05.2021
2166
"Twitter” sosial şəbəkə platforması ABŞ-ın keçmiş
prezidenti Donald Trampın açıqlamalarını yayımlayan hesabın fəaliyyətini dayandırıb.
Sfera.az xəbər verir ki, Trampın yeni qurduğu "DonaldJTrump / Desk” (Trampın
masası) şəbəkəsindəki açıqlamaları yayımlayan hesab Twitter tərəfindən qapadılıb.
Şəbəkədə çalışan səlahiyyətlilərdən biri sözügedən addım
barədə ABŞ mətbuatına verdiyi açıqlamada, "Qadağa siyasətimizə uyğun
olaraq, əvvəllər bağlanmış hesabla əlaqəli paylaşımlar edən və ya bu hesabın
yerinə açılan hesabları məsələsində lazımi addımları atırıq", - deyə
bildirib.
Trampın müşavirlərindən biri olan Cason Miller isə bağlanmış
hesabın Trampla heç bir əlaqəsi olmadığını açıqlayıb.
"Twitter” yanvarın 6-da ABŞ Konqresinin binasına edilən
basqından sonra "Facebook” və "Instagram”la paralel addımlar ataraq D. Trampın
hesabını bağlamışdı. Bundan
sonra eks-prezidentin "Snapchat” və "Youtube” hesabları da qapadılmışdı.
İnci
Sfera.az