Aslan Hüseynovun öldüyü qəzada təhlükəsizlik yastığı niyə açılmayıb? - "BMW"dən açıqlama

Aslan Hüseynovun öldüyü qəzada təhlükəsizlik yastığı niyə açılmayıb? -
Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov ötən gün yol qəzasında vəfat edib. 

Qəzadan sonra avtomobilin görüntüləri bir sıra müzakirələrə səbəb olub. Belə ki, A.Hüseynovun idarə etdiyi "BMW' markalı avtomobilin təhlükəsizlik yastıqları açılmayıb. 

Nəzərə alsaq ki, "BMW' dünyada ən təhlükəsiz avtomobillərindən biri hesab olunur, qəza zamanı sözügedən avtomobillərdə təhülkəsizlik yastıqlarının açılmaması mümkün deyil.

"BMW'-nin Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan "İmprotex Motors” şirkətinin direktor müavini Ziya Mahmudov baş verən hadisə ilə bağlı saytımıza bunları deyib:

"Burada əsas məqam avtomobilin hadisədən öncə hansı vəziyyətdə olmasıdır. Görünür ki, yeni avtomobil deyil. Yeni istehsal olunan avtomobillərdə belə hadisələrin olması ehtimalı azdır. Təəssüf ki, Azərbaycana ABŞ və digər ölkələrdən yüzlərlə qəzaya düşmüş avtomobillər gətirilir. Bu avtomobillərin sözügedən ölkələrdə istifadəsi qadağandır. Lakin Azərbaycana gətirilir, dövlət nömrə nişanı verilir və istifadə olunur. Nəticədə belə xoşagəlməz hadisələr yaşanır”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, müasir avtomobillərdə qurulan yeni sistem təhlükəsizlik yastıqlarının açılması üçün mütləq şəkildə təhlükəsizlik kəmərinin taxılmasını tələb edir:

"İlkin ehtimala görə, Aslan Hüseynov təhlükəsizlik kəmərindən istifadə etməyib. Mərhumun köhnə videolarına baxdıq, ifaçı avtomobil idarə edərkən çox vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib və ya normalara uyğun olmayan səviyyədə istifadə edib. Hiss olunur ki, təhlükəsizlik kəmərini sırf çəkiliş xatirinə taxıb.

Dünya təcrübəsində yol-nəqliyyat hadisələri araşdırılarkən bir məsələyə xüusi diqqət yetirilir ki, insan neçə saat istirahət edib? Bizim qanunvericilikdə 4 saatdan artıq maşın sürmək olmaz. Aslan da anasının dəfnindən qayıdırdı, yorğun olub, nəticədə ağır qəza baş verib.

Əgər texniki baxışdan sonra məlum olsa ki, avtomobilin istehsalında hansısa texniki qüsuru olub, müğənninin yaxınları 'BMW' şirkətinə qarşı müəyyən iddia qaldıra bilərlər. // Redaktor.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...