907-ci düzəliş hansı halda tam ləğv edilə bilər? - RƏYLƏR

907-ci düzəliş hansı halda tam ləğv edilə bilər? - RƏYLƏR
"Fikrimcə, nifrətlə yaşayan erməni lobbisi kommunikasiyaların açılmasına, Azərbaycanla Ermənistanın sülh şəraitində yaşamasına maneə törətməkdə davam edəcəklər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyalar açıldıqdan sonra daha bir il müddətinə dondurulan "907-ci düşəliş”in ABŞ tərəfindən birdəfəlik aradan qaldırılıb-qaldırılmayacağı məsələsinə toxunarkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:

"Onlar öz çirkin məqsədlərinə çatmaq üçün hətta Ermənistanda yaşayan erməniləri belə qurban verməyə hazırdırlar. Bu mənada erməni lobbi təşkilatları hər vəchlə çalışacaq ki, nə kommunikasiyalar açılsın, nə də 907-ci düzəliş ləğv edilsin”.
 
Politoloq Qabil Hüseynli isə düşünür ki, Bakı ilə İrəvan arasında münasibətlər qaydaya düşsə, 907-ci düzəliş tam aradan qaldırıla bilər.  Amma bunun müsbət həlli ermənilərin haqq yoluna gəlməsindən asılıdır. Onu da vurğulayım ki, düzəlişin tam ləğv edilməməsindən uduzan bütün hallarda Ermənistan olacaq”.
 
Rüfət NADİROĞLU
 
 

OXŞAR XƏBƏRLƏR