Meksika mətbuatı Azərbaycan gəncliyinin başsağlığını dərc etdi

Meksika mətbuatı Azərbaycan gəncliyinin başsağlığını dərc etdi
Meksikanın "Expresión México" xəbər saytı Azərbaycan gəncliyinin Meksikada baş vermiş hadisə ilə bağlı başsağlığı məktubunu dərc edib. 
 
Başsağlığı məktubu Azərbaycan Gəncliyi və Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin adından Meksika kütləvi informasiya vasitələrinə göndərilib.
Məktubda deyilir: 

"Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Meksika xalqına Azərbaycan Gəncliyi adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirik!" 

Qeyd edək ki, may ayının 4-də Meksikanın paytaxtı Mexikoda metro qatarı maşınların üstünə düşüb. Qəza nəticəsində 20 nəfər ölüb, 70-i isə yaralanıb.
 




OXŞAR XƏBƏRLƏR