Göyçayda çinar ağacının budağı evin üstünə düşüb - FOTO

10:34 / 05.05.2021
2859
Göyçay rayonunda çinar ağacının budağı evin üstünə düşüb.
Sfera.az xəbər verir ki, bu gün axşam saatlarında Göyçay şəhərinin Atatürk küçəsindəki 66 saylı ünvanda, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar İsmi oğluna məxsus fərdi yaşayış evinin damına yaxınlıqdakı iri gövdəli çinar ağacının budağı qoparaq düşüb.
Hadisə zamanı mənzilin bir hissəsinin dam örtüyü dağılıb, otağın tavanı deşilərək yararsız hala düşüb, elektrik naqili qırılıb. Hadisə zamanı evdə olan ailə üzvlərindən xəsarət alan olmayıb.