Azərbaycanın PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər - VİDEO

Azərbaycanın PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.

Müdafiə Nazirliyindən Sfera.az bildirilib ki, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.

PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.


OXŞAR XƏBƏRLƏR

Qardaşlıq dünyasısan... - VİDEO

İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezi...

Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin ad günüdür.   Sfera.az xəbər verir ki, aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla ...

Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəq...

Özbəkistan prezidenti Zəfər parkına səfərindən paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-ü Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az-ın məlumatına görə, Özbə...

Mehriban Xanlarova aldığı qonorarı açıqladı - VİDEO

Əməkdar artist Mehriban Xanlarova qonorarını açıqlayıb.    Sfera.az xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında bu haqda danışıb....

Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazilriyindən məlumat verili...