“Qarabağ”ın zərəri 3 dəfədən çox artıb

“Qarabağ”ın zərəri 3 dəfədən çox artıb
"Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3,775 milyon manat zərərlə başa vurub.

Sfera.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 3,5 dəfə çoxdur.

Ötən il "Qarabağ Futbol Klubu” əvvəlki illə müqayisədə 40,7 % az – 12,585 milyon manat gəlir əldə edib. Bunun 11,9 milyon manatı nümayiş hüququndan daxilolmalardan (3,1 % az), 637 min manatı isə sair gəlirlərdən (71,7 % çox) əldə olunub.

Ötən il ərzində klubun xərcləri 27,9 % azalaraq 16,076 milyon manat təşkil edib. Bunun 9,011 milyon manatı (30,5 % az) əmək haqqı və mükafatların verilməsinə, 707 min manatı əsas vəsaitlərin amortizasiyasına (2,3 dəfə az), 1,723 milyon manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (41 % çox), 4,633 milyon manatı sair xərclərə (28,4 % az) yönəldilib.

Bu il yanvarın 1-nə "Qarabağ Futbol Klubu”nun aktivləri 29,683 milyon manat olub ki, bu da il əvvələ nisbətən 24 % azdır.

Hesabat dövründə klubun öhdəlikləri 39,6 % azalaraq 7,272 milyon manata, balans kapitalı isə 16,9 % azalaraq 22,411 milyon manata çatıb.


OXŞAR XƏBƏRLƏR

Məhəmmədi gölündə balıqlar kütləvi tələf oldu - VİDEO

  Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kən...

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası ...

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...