Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası qaldırıb. İddianı Eminemin adından musiqi yayımçı şirkəti olan “Eight Mile Style” verib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iddiaçı musiqi əsərlərini “Meta” şirkətinin “Facebook” və “Instagram” platformalarında icazəsiz şəkildə istifadə etməkdə ittiham edir.

 

İddiaya görə musiqi əsərləri bu platformalara inteqrasiya olunan musiqi kitabxanalarına əlavə edilməklə istifadəçilərin videolarında istifadə etməyə şərait yaradılıb. 


“Eight Mile Style” bu vəziyyəti “trilyon dollarlıq bir şirkətin sənətçilərin yaradıcılıq zəhmətini lisenziya almadan istismar etməsinin yeni nümunəsi” adlandırıb.
Şirkət iddia edir ki, “Meta” platformalarında musiqi vasitələrinin istifadəsi, istifadəçiləri başqa məzmunlardan mahnıları kopyalayaraq öz paylaşımlarına əlavə etməyə təşviq edir. Bu isə yayımçıya görə “şüurlu və sistematik şəkildə müəllif hüquqları pozuntusu” deməkdir.


ABŞ qanunvericiliyinə əsasən, video platformaları musiqi istifadəsi üçün müvafiq yayımçılardan birbaşa lisenziya almalıdır. Əvvəllər platforma xaricində yüklənən videolar üçün şirkətlər “təhlükəsiz liman” müdafiəsindən istifadə edə bilsə də, “Eight Mile Style” bildirir ki, “Meta”nın tətbiq daxilində musiqi kitabxanası təqdim etməsi bu müdafiəni etibarsız edir.


“Meta”nın musiqi sənayesi ilə bir sıra razılaşmaları olsa da, yayımçı şirkət bu müqavilələrin Eminemin əsərlərini əhatə etmədiyini açıqlayıb. Bildirilib ki, “Meta”ya Eminemin kataloqunun bağlanan lisenziya müqavilələrinə daxil olmadığı dəfələrlə bildirilib.


Qeyd edək ki, “Eight Mile Style” daha əvvəl “Spotify” və “Ford”un yerli dileri kimi şirkətləri də müəllif hüquqları pozuntusuna görə məhkəməyə vermişdi. “Spotify” ilə bağlı məhkəmə prosesini uduzan yayımçı, “Ford” dileri ilə işi qarşılıqlı razılaşma ilə yekunlaşdırmışdı.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...