Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ümumi qazancı AÇIQLANDI

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ümumi qazancı AÇIQLANDI
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb.

Sfera.az-ın məlumatına görə, "New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.

Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...