Suraxanıda evlərdən oğurluq edənlər saxlanıldı - VİDEO

Suraxanıda evlərdən oğurluq edənlər saxlanıldı - VİDEO
Paytaxtın Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb. Onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar. Onların Suraxanı rayonunun əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manat yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...