Təhsil naziri koronavirusdan vəfat edən direktordan yazdı

Təhsil naziri koronavirusdan vəfat edən direktordan yazdı
"Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi. Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik. Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı”.

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyevin vəfatı ilə bağlı bildirib.

"Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür. Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.

Ailəsinə və yaxınlarına səbr diləyirəm.

Allah rəhmət eləsin!”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev bu gün koronavirusdan vəfat edib.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...