Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - VİDEO

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - VİDEO
Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
 
Sfera.az xəbər verir ki, hadisənin Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verdiyi bildirilir.

Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı, həmçinin hamilə olduğu qeyd edilir.

Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı il təvəllüdlü Qurbanova Girdənazın 1990-cı il təvəllüdlü gəlinini döyməsi ilə bağlı araşdırma başladılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.az-a bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar. Fakt üzrə Lənkəran Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır. 

Kənd icra nümayəndəsi Raifə Məmmədzadə "Qafqazinfo”ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır: "Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb: "Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.
 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...