"EuroHome"un sahibi "RabitəBank"ın səhmdarıdır? - RƏSMİ AÇIQLAMA

13:38

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Sfera.az bildirir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Qeyd edək ki, "EuroHome"un sahibi Azay Möhnətovdur. 
 
AF Holdinq Bakıda yüksəkmərtəbəli binaların, otellərin, ofis mərkəzlərinin, topdansatış mərkəzlərinin, istirahət mərkəzlərinin inşaatı ilə məşhurdur.

Holdinqin sahibi Azay Möhnətovun "RabitəBank"ın da səhmdarlarından biri olduğu bildirilir.

 
 
***

"EuroHome"un sahibi Azay Möhnətovun "RabitəBank"da səhmdarlarından biri olması iddia olunur.

Məsələ ilə bağlı Sfera.az-a "RabitəBank"ın PR meneceri Gülşən Həsənzadə açıqlama verib.

Bankın sözçüsu yayılan xəbəri təkzib edərək sözügedən şəxslə "RabitəBank"ın heç bir əlaqəsi olmadığını bildirb.

""RabitəBank"ın rəsmi saytına keçid etdikdə bankın səhmdarlarının kim olduğuna dair bütün məlumatları tam dolğunluqla görmək olur. "RabitəBank" 27 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində təqdim olunan şəxslə yəni Azay Möhnətovla heç bir əlaqəmiz olmayıb". 

Qeyd edək ki, bu gün "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə, Binəqədi rayon məhkəməsinin qərarı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 



OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...