Bakıda tibbi maska taxmış şəxslər evə basqın etdi

Kriminal
13:15 / 27.04.2021
1975
Bakıda evə basqın olub.
Sfera.az-ın məlumatına görə, Nizami rayonunda S.Səfərovanın yaşadığı mənzilə tibbi maska taxmış 3 nəfər aldatma yolu ilə daxil olub.
Naməlum şəxslərin ikisi kişi, biri isə qadın imiş.
Onlar S.Səfərovanı döyərək hədələyib, onun evindəki qızıl-zinət əşyalarını aparıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.