Bakıda qadın rəfiqəsini bıçaqlayıb qaçdı

Kriminal
12:24 / 27.04.2021
1520
Bakıda iki rəfiqə arasında mübahisə cinayətlər nəticələnib.
Sfera.az xəbər verir ki, hadisə aprelin 26-sı səhər saatlarında Xətai rayonunda baş verib.
5-ci Əhmədli küçəsində kirayədə yaşayan Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ramilə Nizami qızı Novruzova münaqişə zəminində onunla birgə yaşayan həmyerlisi, 1989-cu il təvəllüdlü Nəzakət Telman qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
R.Novruzova daha sonra hadisə yerindən uzaqlaşıb.
Onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.