Ukraynada azərbaycanlının qatili müəyyən edildi

Ukraynada azərbaycanlının qatili müəyyən edildi
Ukraynanın Dnepr şəhərində polis Anar Məmmədovun qatilinin şəxsiyyətini müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Vidkritiy” telekanalı yayıb.

"Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır”, – Ukrayna polisinin mətbuat xidməti bildirib.

Bundan əlavə, Zaporojye bölgəsində baş vermiş qətl hadisəsi ilə bağlı ibtidai istintaq zamanı üç Azərbaycan vətəndaşı saxlanılıb. Axtarış zamanı onlardan rezin güllələrlə atəş açan tapança, əldəqayırma kiçik çaplı tapança, F-1 qumbarasının gövdəsi və 30 ədəd patron müsadirə edilib.

Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, Zaporojyedə həbs olunanların Dneprdəki səs-küylü qətl hadisəsi ilə əlaqəsi var.

Xatırladaq ki, aprelin 24-də saat 15:00 radələrində "Artist” restoranının yaxınlığında naməlum maskalı şəxs 42 yaşlı Anar Məmmədovu yaxın məsafədən güllələyib. Şübhəli şəxs cinayətdən bir müddət sonra Şevçenko parkının yaxınlığında müşahidə kamerasının obyektivinə düşüb ki, bu da onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib. // "Report"

OXŞAR XƏBƏRLƏR

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - RƏSMİ

Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  ...