Taksi sürən “COVID-19” xəstəsi saxlanıldı - FOTO

11:09 / 24.04.2021
2200
Hacıqabulda taksi fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini Elçin Qəhrəmanovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.
E.Qəhrəmanov rayon ərazisində özünə məxsus "VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayandırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.