Bakıda qadın ərini ürəyindən biçaqlayaraq qətlə yetirdi

Bakıda qadın ərini ürəyindən biçaqlayaraq qətlə yetirdi
Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sfera.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb..

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

İranda kütləvi həbslər başladı – Yüzlərlə tutulan var

İranda İsraillə müharibənin başlanmasından sonra genişmiqyaslı repressiyalar dalğası başlayıb. Son məlumatlara görə, ölkədə 700-dən çox şəxs saxlanılıb, azı 6 n...

Zaxarova Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İran, İsrail və İraqdan 1000-dən çox Rusiya vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşları İranı əsasən Azərbaycan,...

“iPhone 17 Pro”nun yeni kamera xüsusiyyətləri açıqlandı

“Apple” şirkətinin bu payız təqdim edəcəyi gözlənilən “iPhone 17 Pro” modeli ilə bağlı maraqlı detallar ortaya çıxıb. Yeni yayımlanan mə...

Azərbaycanda ət bahalaşacaq - VİDEO

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər veri...

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...