Rusiyanın 2025-ci il üçün 5 milyardlıq planı: ABŞ-la əməkdaşlığını bitirir

Rusiyanın 2025-ci il üçün 5 milyardlıq planı: ABŞ-la əməkdaşlığını bitirir
Rusiya öz kosmik stansiyasını quracaq.

Sfera.az bildirir ki, bu barədə Rusiya Kosmik Agentliyi (Roskosmos)  məlumat yayıb.  Qeyd edilir ki, artıq  bu istiqamətdə işlərə başlanılıb və 2025-ci ilə qədər layihənin tamamlanması hədəflənib.

Rusiya hazırda Beynəlxalq Kosmik Stansiyadan istifadə edir. 1998-ci ildə açılan Beynəlxalq Kosmik Stansiya (ISS) Rusiya və ABŞ kosmik agentlikləri tərəfindən qurulub. 

Bununla bağlı "Roskosmos”  beynəlxalq tərəfdaşları ilə müqavilələrinin 2024-cü ildə bitəcəyinə də işarə edib. Həmçinin Rusiya Baş nazirinin müavini Yuri Borisov dövlət televiziyasına müsahibəsində "Kosmonavtlarımızın həyatını riskə ata bilmərik. ISS-nin quruluşu və metalları köhnəlir, fəlakətə səbəb ola bilər", deyib. Borisov digər ölkələrin stansiyanın tikintisində iştirakını istisna etməsə də, stansiyanın tamamilə Rusiyanın nəzarətində olacağını bildirib.

Məlumata görə, Rusiyanın kosmik stansiyası  ən az 5 milyard dollara başa gələcək.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...