Damda meyiti tapılan qız nədən ölüb?

Damda meyiti tapılan qız nədən ölüb?
Bakıda meyiti tapılan 25 yaşlı qadınla bağlı ekspertiza təyin edilib.

Sfera.az xəbər verir ki, damda tapılan 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə ilkin baxış zamanı onun üzərində gözlə görünən hər hansı xəsarət izi aşkar edilməyib.

C.Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq cavabı məhkəmə tibb ekspertizası verəcək. İlkin versiya kimi onun həddən artıq narkotik vasitə qəbul edərək zəhərləndiyi gözdən keçirilir.  

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, meyit bu gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasının damından götürülüb. // "Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - RƏSMİ

Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  ...

İranda kütləvi həbslər başladı – Yüzlərlə tutulan var

İranda İsraillə müharibənin başlanmasından sonra genişmiqyaslı repressiyalar dalğası başlayıb. Son məlumatlara görə, ölkədə 700-dən çox şəxs saxlanılıb, azı 6 n...

Zaxarova Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İran, İsrail və İraqdan 1000-dən çox Rusiya vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşları İranı əsasən Azərbaycan,...