Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Cəmiyyət
23:04 / 20.04.2021
1833
Sabah Ramazan ayının 8-ci günüdür.
Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:17, iftar isə saat 19:40-a təyin olunub.
"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.
Tərcüməsi:
"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”
Allah orucunuzu qəbul etsin!