Azərbaycan əhalisi yaşlanır

Azərbaycan əhalisi yaşlanır
Azərbaycanda əvvəlki illərlə müqayisədə əhali sayında uşaqların payının azalması müşahidə edilir. 

Sfera.az xatırladır ki, Azərbaycanda əhalinin 2015-ci ildə 26,7 faizi, 2010-cu ildə 28 faizi, 2005-ci ildə 32,2 faizi, 2000-ci ildə 37 faizi uşaqlardan ibarət olub. Hazırda bu göstərici 26 faizdir.

Azərbaycan kimi Türkiyədə də oxşar proses gedir. Qardaş ölkədə uşaqlar 1990-cı ildə əhalinin 42 faizini təşkil etdiyi halda, hazırda 27,2 faizini təşkil edir. 

Əhali sayında uşaqların payı azalsa da, yaşlı insanların payı artır. Beş il əvvəl Azərbaycan əhalisinin 2,3 faizinin yaşı 65-dən yuxarı olduğu halda hazırda bu nisbət 3 faizi keçib.  

Ölkəmizdə bu sahədə vəziyyət ildən-ilə pisləşsə də, Avropa ölkələrindən yaxşıdır. Bu göstərici Avropa Birliyi ölkələrində orta hesabla 18,2 faizdir. Avropa Birliyi ölkələri arasında uşaq sayının əhali sayına nisbətdə ən yüksək göstəriciyə İrlandiya (24,2 faiz), Fransa (21,6 faiz), İsveç (21,1 faiz) sahibdir. Ən aşağı göstərici isə İtaliya (15,8 faiz), Malta (15,9 faiz) və Almaniyada (16,4 faiz) qeydə alınıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR