Bir həftənin gəlinini öldürən ər azadlıqda

Bir həftənin gəlinini öldürən ər azadlıqda

Məhkəmə gözlənilməz qərar verib.

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

Sfera.az ANS PRESS-ə istinadən xəbər verir ki,  bu barədə "st-petersburg.1nnc.net” yazır.

"Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib”, - deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib. Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq komitəsi rəsmi açıqlama verməyib.

Daha əvvəl Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib: 

"Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. 

"Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb.  Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...