Məşhurlar pandemiyada pulsuz qalıb – Satışa çıxarılan bahalı mülklər

Məşhurlar pandemiyada pulsuz qalıb – Satışa çıxarılan bahalı mülklər
Koronavirus pandemiyası səbəbindən ötən ilin mart ayından etibarən Azərbaycanda toylara, kütləvi tədbirlərə qadağa qoyulub. Bu qadağalar bir çox peşə sahibi kimi sənət adamlarının da maddi sıxıntılar yaşamasına səbəb olub. Onlar zaman-zaman istər sosial şəbəkələrdə, istərsə də, mediada pulsuz qaldıqlarını və daşınmaz əmlaklarını, avtomobillərini, zinət əşyalarını satdıqlarını deyirlər. 

Bəs, pandemiya ərəfəsində hansı məşhur nələrini satıb? 

Əməkdar artist Teymur Əmrah pandemiya səbəbindən evini satdığını açıqlayıb. 

Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını ictimaiyyətə bildirib. 

Müğənni Niyam Salami pandemiya ərəfəsində maddi sıxıntı yaşadığını bildirib. O yeni layihəsi üçün avtomobilini satıb. 

Rəqqasə Fatmə isə bağ evini 200 min manata satır. O, özünə yeni ev alacağını açıqlayıb.

Müğənni Xuraman Şuşalı  100 min manat xərclədiyi villasını satışa çıxarıb. Müğənni evinin tez satılamsı üçün endirim də edib. 

Müğənni Nadir Qafarzadə isə bahalı saatlarını 24 min manata satıb. O bildirib ki, pulun yarısını yardım üçün ayırıb. 

Müğənni Elton Hüseynəliyev isə verilişlərin birində avtomobilini satdığını deyib.

Müğənni Aynur Dadaşova da pandemiyada evini satıb. 

Prodüser Sayqa pandemiyada pulsuz qaldığı üçün maşınını satıb. 

Müğənni Bahar Lətifqızı isə pandemiyada bağ evini satışa çıxarıb. // Musavat.com 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...