Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları ləğv etməsindən danışdı

11:40 / 14.04.2021
1013
Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın hava
nəqliyyatını məhdudlaşdırmaq qərarını şərh edib.
Sfera.az-ın məlumatına görə, Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanın hava nəqliyyatına məhdudiyyət
tətbiq etmək qərarında siyasi fon görmür, amma qərardan doğacaq mənfi nəticələr qaçılmazdır.
"Biz uçuşların bərpa olunması üzərində işləyirik”,-deyə
diplomat əlavə edib.
Selcan
Sfera.az