Azərbaycanda bu da oldu - Bank ölmüş şəxsi məhkəməyə verdi

Azərbaycanda bu da oldu - Bank ölmüş şəxsi məhkəməyə verdi

Azərbaycanda fəaliyyət göstərən "Access Bank" Qeyri-Bank kredit təşkilatı dünyasını dəyişmiş müştərisini məhkəməyə verib.

Sfera.az bildirir ki, bu barədə Cəlilabad rayonu Qarazəncir kəndi Bayramov Camalxan İsa oğlu lent.az-a şikayətində deyib.
 
Belə ki, adıçəkilən qeyri-kredit təşkilatı Əhmədov Fikrət Zahidxan oğluna ölümündən əvvəl 32 faizə 7000 manat kredit verib. Onun 5 ayını ödədikdən sonra yol-nəqliyyat hadisəsində dünyasını dəyişən  Fikrətin yas mərasimində yığılan puldan kreditin 3 ayı da ödənilib.
 
Hazırda isə mərhumun yaxınları bildirir ki, "Access Bank" qalan pulu tələb edir və ailəyə hədə-qorxu gəlib deyirlər ki, evlərini satıb geri qalan pulu ödəsinlər. 
 
F.Əhmədovun qayınatası C.Bayramov deyir ki, indi qızı 3 körpə uşaqlarını güclə dolandırır: "Mən özüm də 1-ci qrup əliləm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edirlər ki, evinizi satmalı da olsa, bizim pulumuzu verin. Bankın işçisi qızımın həyətinə gələrək hədələyir ki, məhkəməyə verib başınıza oyun açdıracağıq. Kimə şikayət edəsən, kimə deyəsən? "Access Bank"ın Bakıdakı Baş İdarəsindən deyirlər ki, bizə dəxli yoxdur o ölüb, ya ölməyib, pulu verməlisiniz, lap evinizi satın, gətirib pulu verin. Bankın Cəlilabad rayon şöbəsinin müdiri deyir ki, sənədləri yığıb gətirin, sizi məhkəməyə verək, orada həll olsun".


OXŞAR XƏBƏRLƏR