"Belə Parkları görmək istəməyən torpaqlarımıza göz dikməsin!"

"Əsrlərlə torpağlarımızı itirə-itirə yaşamışıq, döyülmüşük, əzilmişik, təhqir olunmuşuq, alçalmışıq. Son 30 il isə sanki üzümüzə tüpürüblər, söyüblər, mənliyimizi tapdalayıblar, Xocalıda qırıblar bizi, Şuşada kabab çəkib kef ediblər. Nəhayət ki, ötən il özümüzü dirçəlmiş hiss etdik, qalib xalq olduq, Şuşaya "Biz qayıtmışıq!" dedik, göz yaşlarını kədərdən deyil, sevincdən axıtdıq”.
 
Sfera.az-ın məlumatına görə, bunu tanınmış jurnalist və blogger Azər Qərib deyib. O bildirib ki, Qənimətlər Parkının açılışına sevinməyə tam haqqımız var:
"Şəhidlərin qanı bizə bu haqqı bəxş edib. Nobel prospektinin adınının dəyişdirilməsini istisna etsək, qalanını əcəb etmişik, əlimizin içindən gəlib, bundan da artığını etmək gərəkdir. Əgər kimsə belə Parkları görmək istəmirsə, bizim torpaqlarımıza göz dikməsin.
 
Çox onun-bunun nazı ilə oynadıq, abır-həya güddük, "vay, sivil dünya bizə nə deyər" düşüncəsi ilə yaşadıq. Nəticədə həmin dünya namusumuzun, qeyrətimizin tapdalanmasına göz yumdu, bəsdir”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...