Metro ilə bağlı AÇIQLAMA: Səhər 07:00-dan 10:00-dək və axşam...

Metro ilə bağlı AÇIQLAMA: Səhər 07:00-dan 10:00-dək və axşam...
"Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır. Belə olan təqdirdə insanlar istədikləri ünvana daha rahat çata biləcəklər".

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Cavid Osmanov bildirib.

Deputat əlavə edib ki, insanları narahat edən ciddi bir məsələ var:
"Son günlər koronavirusa yoluxma sayında müsbət dinamika müşahidə olunsa da, bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Digər tərəfdən Azərbaycan o ölkələrdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bunun fonunda insanları narahat edən ciddi bir məsələ var. Bu da ictimai nəqliyyat vasitələrində sıxlığın yaranmasıdır.

Nəzərə almaq lazımdır ki, Bakı, Abşeron və Sumqayıtdakı təhsil müəssilərində əyani tədris müəyyən qrafiklərlə bərpa olunub. Bunun fonunda belə bir sual meydana gəlir ki, metronun fəaliyyəti nə vaxt bərpa olunacaq?

Məlum məsələdir ki, koronavirusun yayılma halları daha çox qapalı yerlərdə olur. Buna görə Operativ Qərargah hələlik metro stansiyaların açılmasına qərar verməyib. Digər tərəfdən ictimai nəqliyyatda - əsasən də avtobuslarda böyük sıxlıq müşahidə olunur. Bu prosesin özü də virusun daha sürətlə yenidən yayılmasına səbəb ola bilər. Çox vacibdir ki, ilk növbədə avtobusların sayında artım olmalıdır ki, oturacaq tutumu qədər insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatda çatışmazlıq varsa, biz insanların iradlarını anlamalıyıq. Çünki işə, məktəbə və digər yerlərə gedən vətəndaşlar problemlərlə üzləşirlər".

Cavid Osmanov əlavə edib ki, ictimai nəqliyyatda olduğu kimi metroda da oturcaqların sayı qədər vətəndaşların qatarda getməsi məqsədəuyğun olardı: "Bununla əladar müəyyən tədbirlər görülməlidir. Bu prosesi metrodakı nəzarətçilər tənzimləyə bilər. Girişdə, çıxışda və qatardakı nəzarətçilərin iştirakı ilə bu, mümkün ola bilər. Biz bu yolla virusa qarşı mübarizə tədbirlərini daha effektiv edə və insanların rahatlığını təmin edə bilərik.

Metroların açılması ilə bağlı daha bir təklif bundan ibarət ola bilər ki, metro stansiyaları günün müəyyən saatlarında işləyə bilər. Səhər 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər işləyə bilər ki, işə gedib və qayıdan vətəndaşlar rahat şəkildə öz ünvanlarına çatsınlar. İlkin mərhələdə bu, müvafiq variant ola bilər. Sonrakı mərhələdə isə metronun fəaliyyətinin tam bərpası mümkünləşəcək"./ azerforum.com/

OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...