“Bir qəpiyi olmayan vətəndaşı nüvə silahı da qorxuda bilməz” – Deputatdan karantin qaydalarına etiraz

11:24 / 12.04.2021
982
"Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də
narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox
incidir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin
deputatı Razi Nurullayev deyib. O bildirib ki, bu müddət ərzində insanlarımız
çox kasıblaşıb, ümidsizləşib:
"Dövlətin bəzi kateqoriya vətəndaşlara verdiyi
sosial yardım onları sadəcə ayaqda saxlayır. Çoxlu iş yerləri bağlanıb, turizm
sahəsində çalışanlar ümidsizlikdən bezib. Axı niyə turizmi aça bilmərik? Əslində
bizim kimi turist cəlb etməkdə çətinlik çəkən ölkələr bu fürsətdən istifadə etməli
idi.
Əgər vətəndaşlarımızın ləyaqətli həyatını təmin
edə bilsək, heç kim qapanmadan narazı qalmaz, evində oturub seriala baxar. Amma
arxasında bir qəpiyi olmayan vətəndaşı heç nüvə silahı da qorxutmaz, nəinki bir
mikroskopik korona. Biz Amerika, Almaniya, Fransa və ya Britaniya deyilik ki,
bir neçə aya özümüzə gələk. İqtisadiyyatımıza və iş yerlərinə dəyən ziyanı illərlə
bərpa edə bilməyəcəyik”.
Günay