Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - VİDEO

Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - VİDEO
İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb.

Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, videonu təlimçi Arzu Babazadə çəkib. Xanım sürücü bildirib ki, qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib.

Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov İdarəyə dəvət edilib. O, özü də bildirib ki, əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edib. Sürücü qeyd edib ki, həmin vaxt Rusiya Federasiyanın baş prokuroru Azərbaycanda səfərdə olub və abidənin ziyarəti üçün gül gətirilməsini xahiş ediblər. Bu zaman tələsdiyi üçün qayda pozub. Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...