İsmayıllıda Aprel şəhidi Mikayıl Vahabzadə doğum günündə anıldı - FOTOLAR

İsmayıllıda Aprel şəhidi Mikayıl Vahabzadə doğum günündə anıldı  - FOTOLAR
Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır 

Bu döyüşdəki qələbədə ən böyük pay sahibi məhz şəhidlərimizdir. Bu döyüşlərdə İsmayıllı rayonu da bir şəhid vermişdir. Həmin döyüşlərdə rayonunun Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetində ali təhsil almış, Mikayıl Yaqub oğlu Vahabzadə də şəhid olub. O, 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və neytral zonada qalıb. Aprel ayının 8-də isə atəşkəsdən sonra götürülüb  və aprelin 9-da doğulub boya-başa çatdığı Maçaxı kənd Qəbirstanlığında dəfn olunub. 

Bu gün Mikayılın anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər karantin qaydalarına əməl etməklə, ailəsi ilə birlikdə Mikayılın məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzüb, ruhuna dualar oxuyub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Sonra rayon rəhbərliyi şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.  Üçrəngli Bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mikayılın haqqında kitab yazılmış, sənədli film çəkilmiş, çox sayda məqalələr, şeirlər həsr olunmuşdur. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ad günlərində, bayramlarda, Aprel Döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarını ziyarət etməyə çoxsaylı insanlar gəlir. 

Bu gün həmçinin Mikayılın həmkəndlisi Vətən müharibəsində şəhid olan gizir Məmmədli Əşrəf Elman oğlunun da məzarı ziyarət olundu, ailəsinə baş çəkildi. Ailə ilə səmimi söhbət edildi. Hər iki şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi həmişə ehtiramla anılır. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı və bizə qələbə sevinci yaşatdı.

OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....