Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirildi

Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirildi
"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Sərhəd Nəzarət Məntəqələrinin hərbi qulluqçuları ilə təlim toplantısı keçirilib.

Sfera.az xəbər veri ki, toplantıda hərbi qulluqçuların sıra və fiziki hazırlıqları yoxlanılıb.

Toplantının ikinci günündə mənəvi-psixoloji hazırlıqdan "Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı vətəndaşlarla ünsiyyətin psixoloji əsasları” mövzusunda məşğələ keçirilib.

Peşə hazırlığından keçirilən məşğələdə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Azərbaycan və Türkiyə vətəndaşlarının hər iki ölkəyə vizasız gediş-gəlişinin sürətli keçid prasedurları öyrədilib.

Hərbi qulluqçulara dünya pasportlarının atlası, dövlət sərhəddini keçməyə hüquq verən bütün növ sənədlərin nümunələri göstərilib, sənədlərin xüsusiyyətlərinin təhqiqatını operativ olaraq müəyyən edən cihazlarla işləmə qaydaları bir daha çatdırılıb.

Toplantının yekununda xidmətin keyfiyyətinin yaxşılaşdırılması və etibarlı sərhəd nəzarətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, toplantıların keçirilməsinin bundan sonrada davam etdirləcəyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...