May ayında müharibə başlayacaq? – Qarabağda antiterror əməliyyatının anonsu

12:40 / 09.04.2021
2479
"Ermənistan, Qarabağdakı separatçılar və
Rusiya mütləq şəkildə öz boyunlarının
arxasında Azərbaycan Ordusunun nəfəsini
hiss etməlidir. Yalnız belə olan təqdirdə, Azərbaycan istəklərinə nail ola bilər.
Düşünürəm ki, bu informasiya da məhz həmin istəklərə yönəlik dövriyyəyə
buraxılan bir məlumatdır. Bunun həqiqət yükü ola da, olmaya da bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında may ayının
əvvəlində Azərbaycanın Qarabağın dağlıq hissəsində növbəti antiterror əməliyyatına
başlayacağı barədə mətbuatda gedən informasiyaları şərh edərkən politoloq Natiq
Miri deyib.
Onun fikrincə, bu tipli xəbərlər daha çox
informasiya savaşının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir: "Rusiyada institutlaşmış dezinformasiya şəbəkəsi
mövcuddur. Qarabağdakı prosesləri Rusiya öz nəzarətində saxlamaq və idarə etmək
üçün də belə dezinformasiyalardan istifadə edir. Qarşı tərəfə belə
informasiyanı ötürməklə hansısa hazırlıqların görüldüyünü diqqətə çatdırırlar. Burada
əsas hədəf öz istəklərini təmin etməyə yönəlib.
Elçin