Bakıdan boş qayıdan təyyarə aranı qatdı – Əsirlərin yaxınları Yerevana gedən yolu bağladı

11:26 / 09.04.2021
868
Azərbaycanda saxlanılan əsirlərin
doğmaları İrəvan-Gümrü yolunu bağlayıb.
Sfera.az news.am-a istinadla xəbər verir ki,
Azərbaycanda saxlanılan əsirlərin doğmaları Orom kəndi yaxınlığındakı ərazidə
İrəvan-Gümrü yolunu bağlayıblar. Məsələ ondadır ki, hakimiyyət bir gün əvvəl bir qrup əsirin geri döndüyünü təntənəli şəkildə elan etmişdi,
amma xəbər yalan çıxdı.
Qohumlar əsirlərin geri qayıtma tarixi barədə dəqiq məlumat
verilənə qədər yolu açmayacaqlarını bəyan ediblər. Hazırda söhbət Şirak bölgəsinin
54 sakinindən gedir. Əslində isə əsirlərin sayı daha çoxdur.
Sfera.az