Yevlaxda özünü Kür çayına atan şəxs xilas edildi

Yevlaxda özünü Kür çayına atan şəxs xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin özünü suya atması barədə məlumat daxil olub. 

FHN-dən Sfera.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib. 

 

OXŞAR XƏBƏRLƏR