Öldürülən gəlinin atası danışdı - VİDEO

Öldürülən gəlinin atası danışdı - VİDEO

Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti bu gün baba ocağına gətirilib.

23 yaşlı gəlin Masallı rayonunun Ərkivan qəsəbə qəbristanlığında torpağa tapşırılıb. Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olmuş Gülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.

Yaxınları bildirir ki, Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının "Marşal Jukov” prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb. Baş verən hadisə barədə danışan Gülnarın atası Samirin Gülnarı sevərək evləndiyini və institutda oxumağına mane olmadığını, amma çox qısqanc olduğunu, anası ilə əlaqə saxlamağa icazə verdiyini deyib. Atanın bildirdiyinə görə, ailənin Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbəri olmayıb. Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb.

"Ata-anası başladı ki, 1-ci gündən, "biz bilmirik, bizlik deyil. Bizim xəbərimiz yoxdur. Samir deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb”. Dedim, sən onu il yarımdır tanıyırsan”, - deyə qətlə yetirilən gəlinin atası Şücaət Vəliyev bildirib.

Gülnardan 11 yaş böyük olan həyat yoldaşı 34 yaşlı Samir Həbibov may ayının 26-da istintaq tərəfindən saxlandıqda hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləsə də zərərçəkən tərəf buna inanmır və ona ən ağır cəza tələb edir.

""Zaryadnoyu” istədim, dedim onu ver, vermədi, mən də vurdum, uşaq dəydi harasa, özündən getdi deyir. Mən amma inanmıram. Burada başqa nəsə var. Qoy müstəntiqlər araşdırsın. Cəzasını alsın qanunla”, - deyə Gülnar Vəliyevanın atası söyləyib.

Ötən həftə gənc gəlinin həyat yoldaşı Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb. İndi onu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.

]


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...