Səmra Rəhimli: "Məni qəflətən qucağına qaldırdı.." (FOTO, VİDEO)

Səmra Rəhimli:
 
 
"Eurovision-2016" təmsilçimiz Səmra Rəhimli onu tənqid edənlərə cavab verib. 

BAKU.WS məlumat verir ki, "5-ci element" verilişində qonaq olan ifaçı bunları deyib:

"Sənət yoldaşlarım və qohumları saxta profillərlə İnstaqramda məni təhqir edirdilər. Çox yersiz bir hərəkət idi. İngilis dilində şərhlər yazırdılar. İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçür. Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm. Ən çox açılış zamanı qırmızı xalçada geyinən paltarım müzakirə olundu. Amma o geyimdə özümü nağıl qəhrəmanına bənzədirdim".

Səmra final günü Niderland təmsilçisinin qucağında çəkilmiş fotosuna da münasibət bildirib:

"Konsertə baxdığımız anda Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi. Məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına aldı, heç kəs də bu qədər şişirtmədi".
 
 


OXŞAR XƏBƏRLƏR