Səmra Rəhimli: Məni təhqir edirdilər
"Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli ATV-də yayımlanan "5-ci element” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni sosial şəbəkədə onun açıq-saçıq geyimini tənqid edənlərə cavab verib:
"Öz sənət yoldaşlarım saxta profillər açıb İnstaqramda məni təhqir edirdilər. Çox yersiz hərəkət idi. Mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsünüzsə, niyə şərh bölməsinə söyüş yazırsınız? Bu, tərbiyəli addımdır? İnsanın tərbiyəsi paltarın uzunluğuna görə ölçülmür. Şəhərdə məndən də qısa geyinənlər var”.
Səmra Niderland təmsilçisinin qucağında çəkilmiş fotosundan da bəhs edib:
"Konsertə baxırdıq. Niderland təmsilçisi şəkil çəkdirmək istədi və məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına almışdı, amma heç kəs bu qədər şişirtmədi”.