Bu ölkədə hərbi təyyarə yoxa çıxdı

Dünya
23:12 / 01.04.2021
2067
Nigeriyanın şimal-şərqində Boko-Haram terror təşkilatına qarşı əməliyyata qatılacaq hərbi təyyarə yoxa çıxıb.
Sfera.az xəbər verir ki, Nigeriya Hava Qüvvələri İctimaiyyətlə Əlaqələr və İnformasiya direktoru Edvard Qabkvet hərbi təyyarənin Borno vilayətində itdiyini bildirib.
Onun sözlərinə görə, əlaqənin itməsinin səbəbi hələlik bəlli deyil:
"Təyyarə ilə martın 31-də yerli vaxtla 17:08-də əlaqə kəsilib”.