“Başqa ölkələr narahat olmasın...” - Kreml Ukrayna ilə sərhəddə qoşun yığmasına aydınlıq gətirdi

“Başqa ölkələr narahat olmasın...” - Kreml Ukrayna ilə sərhəddə qoşun yığmasına aydınlıq gətirdi
"Digər ölkələr Rusiya qoşunlarının öz ərazilərində hərəkət etməsindən narahat olmamalıdır”.
 
Sfera.az TASS-a istinadla  xəbər verir ki, bunu aprelin 1-də  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə sərhəddə silahlı qüvvələrin yerdəyişməsinə münasibət bildirərkən bildirib.
 
"Rusiya Federasiyası silahlı qüvvələrinin yerini ölkə ərazisi çərçivəsində istədiyi kimi dəyişdirir. Bu heç kəs üçün heç bir təhlükə yaratmır”,- deyə Kremlin sözçüsü qeyd edib.
 
Onun sözlərinə görə, ölkəsi NATO dövlətlərinin və digər birliklərin silahlı qüvvələrinin Rusiya sərhədlərində müşahidə olunan fəallığının artması fonunda öz təhlükəsizliyini təmin etmək üçün sadəcə lazımi tədbirləri görür.

Peskov həmçinin vurğulayıb ki, Rusiya hərbçiləri hazırda Ukrayna ərazisindəki silahlı qarşıdurmalarda iştirak etmir, heç vaxt da iştirak etməyib.
Mətbuat katibi xatırladıb ki, Donbasdakı müharibə Ukraynadaxili münaqişədir və digər Avropa ölkələri kimi, Rusiya da Kiyevdən gələn təxribatlar səbəbindən sözügedən münaqişənin böyüməsində maraqlı deyil.
 
Selcan
 

OXŞAR XƏBƏRLƏR