BDU-da Elm Gününə həsr olunmuş silsilə mühazirələr davam edir - FOTOLAR

BDU-da Elm Gününə həsr olunmuş silsilə mühazirələr davam edir - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Əbədi müasirimiz - Nizami haqqında söz" mövzusunda onlayn mühazirə keçirilib. Azərbaycan Respublikasının xalq yazıçısı,nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas Elçin Əfəndiyev BDU-nun, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin professor-müəllim heyəti və tələbələrinə, "Gənc istedadlar” liseyinin şagirdlərinə onlayn mühazirə oxuyub.


Elçin Əfəndiyev mühazirədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, ölməz əsərləri, humanist ideyaları ilə dünyanın ən tanınmış söz sənətkarlarının önündə dayanan Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatının inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və s. barədə söhbət açıb. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını qeyd edib. Xalq yazıçısı bildirib ki, böyük mütəfəkkirin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.


Daha sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Xalq yazıçısı Elçinə maraqlı mühazirəyə görə təşəkkür edib. BDU-da "Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı barədə məlumat verib. O, bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfrans və simpoziumların, mühazirələrin, seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını söyləyib.

 

Tədbir maraqlı müzakirələrlə davam edib.

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...