Baydenlə Suqa bu tarixdə görüşəcək

Baydenlə Suqa bu tarixdə görüşəcək
Yaponiya və ABŞ Baş nazir Yoşihide Suqa və Prezident Co Baydenin aprelin 9-da baş tutacaq görüşünü razılaşdırmağa başlayıblar.

Sfera.az xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Onun məlumatına görə, Suqa aprelin 8-də ABŞ-a səfər edəcək. Səfər dörd gün davam edəcək.

Gözləntilərə görə, Yaponiyanın Baş naziri Baydenlə şəxsi görüş keçirəcək ilk xarici lider olacaq.  Suqa səfərdən əvvəl koronavirusa qarşı peyvənd olunacaq. Danışıqlar zamanı tərəflər Çin, KXDR, iqlim dəyişikliyi məsələlərini və ikitərəfli strateji alyansı müzakirə edəcək.

OXŞAR XƏBƏRLƏR