Zibillikdən silah-sursat çıxdı - FOTO

Zibillikdən silah-sursat çıxdı - FOTO

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

Mayın 26-da "Təmiz Şəhər" ASC-nin əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Sfera.az bildirir ki, ASC-dən Trend-ə verilən məlumata görə, aşkar olunan təhlükəli əşyalar bunlardır:

- 1 ədəd DTG-9 qumbaraatan mərmi;
- 1 ədəd tüstü yayıcı cihaz;
- 1 ədəd RQD-5 əl qumbarasının korpusu;
- 1 ədəd pnevmatik tapanca;
- 769 ədəd müztəlif çaplı patron.

Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.


OXŞAR XƏBƏRLƏR