Meksikada təyyarə qəzası - 6 nəfər öldü

18:43 / 28.03.2021
1262
Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatında ikimotorlu "Sessna” təyyarəsi qəzaya uğrayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində göyərtədəki 7 nəfərdən 6-sı ölüb, 1 nəfər sağ qalıb. Ölənlər arasında ştatın iqtisadi inkişaf nazirinin müavini və onun anası da var. Sağ qalan şəxsə tibbi yardım göstərilir.
Federal hakimiyyət və prokurorluq qəzanın səbəbini aydınlaşdırmaq üçün təhqiqata başlayıb.