“Volksvagen” ABŞ-dan 153 min avtomobili geri çağırır

Dünya
21:55 / 27.03.2021
1017
Almaniyanın "Volksvagen” avtokonserni ABŞ bazarından 153 min "Audi A3” avtomobilini geri çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə "Röyter” məlumat yayıb.
Məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb onların təhlükəsizlik yastıqlarındakı problemlə əlaqədardır.
"Volksvagen” artıq bununla bağlı ABŞ Nəqliyyat Nazirliyi yanında yol təhlükəsizliyi üzrə milli idarəyə müraciət edib.