16 ayda Türkiyədə 980 hərbçi həbs edildi

16 ayda Türkiyədə 980 hərbçi həbs edildi
Son 16 ayda Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 980 hərbçi həbs edilib.

Sfera.az xəbər verir ki, 2019-cu ilin noyabr ayından etibarən İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 2298 şübhəlinin saxlanılmasına qərar verilib. Onlardan 1755 nəfəri fəaliyyətdə olan hərbiçilər olub. Saxlanılan şəxslərdən 980-i həbs edilib. 311 hərbçi FETÖ ilə əməkdaşlıq etdiklərini etiraf edib.

Qeyd edək ki, əməliyyatlar İzmir Baş Prokurorluğu, Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi, Milli Kəşfiyyat Agentliyi, Təhlükəsizlik Baş İdarəsi və İzmir Təhlükəsizlik İdarəsinin birgə səyləri nəticəsində keçirilib.

Hazırda daha 162 şübhəlinin axtarışı aparılır.

OXŞAR XƏBƏRLƏR