Bazar ertəsinin məzənnəsi açıqlandı

Bazar ertəsinin məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı Yanvarın 18-nə olan Dollar/manat məzənnəsini açıqlayıb.

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 18.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunmuşdur.

Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində elan olunmuşdu.

35 BANKA 300 MİLYON DOLLAR SATILIB

Bugün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasında deyilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 35 banka satılmışdır.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Qeyd edək ki, ARDNF Yanvarın 13-də 32 banka 200 milyon dollar satmışdı. Beləliklə son 3 gündə banklara 500 milyon dollar satılıb.

Qeyd edək ki, bu gün Brent nefti 29,31 dollara düşüb.


OXŞAR XƏBƏRLƏR