100 milyon uşaq təhsilsiz qaldı - UNESCO nazirlərlə görüş keçirəcək

100 milyon uşaq təhsilsiz qaldı - UNESCO nazirlərlə görüş keçirəcək
2020-ci ildə COVID-19 pandemiyası səbəbi ilə 100 milyon uşaq təhsildən kənar qalıb.
 
Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən yayımlanan hesabatda bu barədə məlumat verilib.

Sözügedən sənəddə pandemiyadan əvvəl 2020-ci il üçün oxuya bilməyən uşaq sayının 483 milyondan 460 milyona düşməsi planlaşdırıldığı qeyd olunub.
Lakin xəstəlik səbəbi ilə 100 milyon artım qeydə alınaraq mövcud rəqəm 584 milyon olub.

UNESCO bu vəziyyətin qlobal fəlakətə səbəb olacağını açıqlayıb və 29 mart tarixində təşkilata üzv ölkələrin təhsil nazirləri ilə görüş keçirəcəyini qeyd edib.

Sfera.az
İnci


OXŞAR XƏBƏRLƏR