Kiçik sahibkarların vergi yükü azaldılmalıdır - Ekspert

Kiçik sahibkarların vergi yükü azaldılmalıdır - Ekspert
Türkiyə hökuməti mikro və kiçik sahibkarları gəlir vergisindən azad etməyi planlaşdırır. Hazırda Türkiyədə 850 min mikro və kiçik sahibkar var. Hökumətdə hesab edirlər ki, gəlir vergisindən azad etməklə kiçik sahibkarların maliyyə yükünü azaltmış olacaqlar.

Vergidən azadetmə ilə bərabər mikro və kiçik sahibkarlardan vergi hesabatları da tələb edilməyəcək.
 
Bəs, Azərbaycanda da mikro və kiçik sahibkarları vergidən azad edilməsi, yaxud vergi yükünün azaldılması lazımdırmı?
 
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev Sfera.az-a açlıqlamasında bildirdi ki, Türkiyədə nəzərdə tutulan güzəşt tam vergidən azadetmə yox, bir vergi növündən azadetmədir. İ.Qarayev dedi ki, Türkiyədə kiçik sahibkarlar gəlir vergisi ilə yanaşı həm də əlavə dəyər vergisi (ƏDV) ödəyicisidirlər.
 
Onun fikrincə, Azərbaycanda da mikro və kiçik sahibkarların vergi yükünün azaldılması məqsədə uyğundur. O qeyd etdi ki, kiçik sahibklar sədə vergi mexanizmindən istifadə etsələr daha yaxşı olardı.

İ.Qarayev söylədi ki, kiçik sahibkarların bəziləri sadələşdirilmiş, bəziləri gəlir vergisi ödəyicisidir və həmin sahibkarlar bu cür vergilərin hesablanmasında çətinliklə üzləşirlər. Kiçik sahibkarların hamısının maliyyə savadının yetəri qədər olmadığını deyən İ.Qarayev gəlir vergisi ilə müqayisədə dövriyyə vergisini hesablamağın asan olduğunu bildirdi: "Azərbaycanda bəzi fərdi sahibkarlar ƏDV, eyni zamanda gəlir vergisi ödəyicisidirlər. Burada gəlir vergisinin ləğv edilməsi, yalnız ƏDV-nin saxlanılması yaxşı olardı. Məsələn, Çində bu təcrübədən istifadə edilib və nəticələr yaxşı olub. Çinin bəzi regionlarının inkişafı üçün kiçik və orta sahibkarlardan yalnız ƏDV alınıb. ƏDV ödəyən sahibkar başqa vergilərdən azad idi. Bu güzəştdən sonra Çinin həmin regionlarında sahibkarlığın inkişafına təkan oldu.
 
Buna görə də Azərbaycanda da iki vergi ödəyən kiçik sahibkarların yalnız dövriyyə vergisi ödəməsi daha əlverişlidir. Yalnız sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisinin ödəyicisi olan mikro və kiçik sahibkarların isə vergidən müəyyən müddətə azad edilməsi məsələsini də öyrənmək lazımdır”.
 
İ.Qarayaver söylədi ki, mikro və kiçik sahibkarların əksəriyyəti hesabat verməkdə çətinlik çəkir və bu səbəbdən onlara bu məsələdə də güzəştlər olmalıdır: "Mikro və kiçik sahibkarlar hesabat verən zaman, vergi məbləğinin hesablanması zamanı səhvlərə yol verirlər. Bu cür səhvlərdən yayınmaq üçün kiçik sahibkarların bəziləri verginin hesablanması və ya hesabatın verilməsi üçün digər şəxslərin xidmətindən istifadə edir ki, bu da əlavə xərclər yaradır. Hesabatların sadələşdirilməsi və ya verilməməsi daha yaxşı olardı”.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR

Britni Spirs oğullarına xalq qarşısında müraciət etdi - FOTO

Amerikalı müğənni Britni Spirs xalq qarşısında oğullarına müraciət edib.   Sfera.az bildirir ki, Britni Spirsin ​​övladları ilə münasibəti kifayət qədə...

Titanik gəmisini inşa edən gəmiqayırma şirkəti İFLAS ETDİ

Böyük Britaniyanın gəmiqayırma korporasiyalarından biri, 1912-ci ildə gəmiqayırma zavodunda Titanik kruiz layneri inşa edilən "Harland" və "Wolff...

Çay üzərində körpü tikən şəxs 2 il həbs cəzası aldı

Öz pulu ilə təcrid olunmuş bir kənd üçün körpü tikən çinli Huang Deyo (Huanq Deyi) cərimələnib və hətta həbs cəzası alıb. Sfera.az bildirir ki, Huang Dey...

Rusiya ordusu dünyada ikinci ən böyük ordu olacaq - İDDİA

Rusiya Silahlı Qüvvələri dünyanın ikinci ən böyük ordusuna çevriləcək.   Sfera.az xəbər verur ki, bu barədə “Global Firepower” portalı məlu...

Məşhur bloqqer əylənmək üçün girdiyi mağarada nəhəng ayı ilə qarşılaşdı - VİDEO

Serb bloqqer Stefan Yankoviç əylənmək üçün mağaraya girmək qərarına gəlib. Burada nəhəng ayı ilə qarşılaşan bloqqer özünü lentə alıb. Sfera.az bildirir ki,...

Şakira fanatına görə səhnəni tərk etdi

"LIV Miami”də səhnədə yeni sinqlı "Soltera" ifa edərkən özünəməxsus rəqs hərəkətlərini nümayiş Şakira pərəstişkarlarından birinin xoşagəlmə...