Pulunu alıb yolu keçəndə avtomobil vurdu
Hadisə
09:38 / 24.05.2016
2464
Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Neftçala rayonunun Xıllı qəsəbəsinin sakini, 64 yaşlı Rasim İsmayıl oğlu Dadaşov Arbatan yolu üzərindədəki bankomatdan pul çıxarıb magistral yolu keçmək istəyərkən "Qazel" markalı avtomobil onu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.